Şəhid anası vəfat etdi

18.11.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Neftçalada şəhid anası vəfat edib.

"Unikal"ın məlumatına görə, şəhid Dadaşov İlham Adil oğlunun anası Elmira Dadaşova dünyasını dəyişib. Qeyd edək ki, İlham Dadaşov 1973-cü ildə Neftçala rayonu Kürkənd kəndində anadan olub. 1992-ci ildə Milli Ordu sıralarına qoşulub. O, bir neçə yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü Fərrux yüksəkliyi uğrunda olub və 1992-ci ildə itkin düşüb.

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью