Şəhid anası vəfat etdi

18.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Şəhid Ülfət Kərimovun anası Fatma Kərimova vəfat edib.

Oxu.Az xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində yerli əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşüb. İnsanların sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarı yaxınlığında döyüşən zaman şəhid olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью