Şəhid ataanalarının əllərindən öpürəm Şuşa sakini

04.12.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

Şəhid ata-analarının əllərindən öpürəm ki, bizə bu günü yaşadıblar.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şuşa sakini Məmmədova Lalə deyib.

Onun sözlərinə görə, biz bu günümüzü şəhidlərimiz, qazilərimizin igidliyinə borcluyuq.

"Sevincimizin həddi-hüdudu yoxdur. Allah Prezidentimizi qorusun. Onun müdrik siyasəti, düşüncələri sayəsində biz bu Şuşaya qayıdırıq. Şuşada arzularımız çoxdur. İnsanlara xidmət etmək, quruculuq işlərində iştirak etmək istəyirik", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью