Şəhid atası dünyasını dəyişib

27.11.2024

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün şəhid Şahlar Nəzərovun atası Yaşar Nəzərov Bakıda müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib 

Bu barədə Ölkə.Az-a yaxınları məlumat verib.

Yaşar Nəzərov bir müddət idi səhhətindəki problemlərlə bağlı xəstəxanada müalicə alırdı.
Yaşar Nəzərov şəhid  baş leytenant Şahlar Nəzərovun atasıdır. Şahlar Nəzərov  2017-ci ildə Fevral döyüşləri zamanı Xocavənd istiqamətində şəhid olub.  Mərhum Yaşar Nəzərov sabah doğulduğu Yardımlı rayonunun Peştəsər kəndindəşəhid oğlu Şahlar Nəzərovun yanında dəfn olunacaq.

Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью