Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəhid atası icra başçısından şikayətçidir "Gədəbəyin icra başçısı Orxan Mürsəlov şikayətçi olduğuma görə məni təngə gətirib" Gədəbəy rayonu, Çobankənd kənd sakini, şəhid atası Əliyev Əvəz Kamil oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçinin məktubunu olduğu kimi dərc edirik: "Hörmətli redaksiya! Yazıb sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, oğlum Əlizadə Şamxal 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində döyüşlərə qatılıb.
Şuşa, Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatında iştirak edib.
8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Qeyd edim ki, Gədəbəy rayonunun keçmiş icra başçısı İbrahim Mustafayev hal-hazırda Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbə rəhbərinin müavini vəzifəsində çalışır.
İcra başçısı şəhidlərimizin dəfn günündə öz vəsaiti hesabına pul ayırmışdı.