Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağstafa rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid atası, ustad aşıq Hüseyn Əzizoğlu vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
H.Əzizoğlu uzun sürən xəstəlikdən sonra 78 yaşında yaşadığı evdə dünyasını dəyişib. Mərhum sabah doğulduğu kəndə dəfn olunacaq.
Qeyd edək ki, Hüseyn Əziz oğlu Hüseynov 1947-ci ildə Ağstafa rayonunun Göycəli kəndində anadan olub. 3 oğul və 1 qız atası olan H.Əzizoğlunun oğlu Şahlar Hüseynov 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.