Şəhid atası vəfat etdi

26.01.2026

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəhid kapitan Şirbala Hüseynovun atası Hüseynbala Hüseynov vəfat edib.

"Unikal" xəbər verir ki, Ş.Hüseynov Vətən müharibəsi zamanı, 2 oktyabr 2020-ci ildə şəhid olub.

Qeyd edək ki, o, Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və "Rəşadət" ordeni ilə təltif edilib.

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью