Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şəhid Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, mərhum ötən gün Qazax rayonu Qarapapaq kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, şəhid Elvin Əhmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olub. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Seymur Əli