Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəhid Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, mərhum Qazax rayonunun Qarapapaq kənd qəbirlistanlığında, şəhid oğlunun yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Elvin Əhmədov 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub.
O, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Yunis Quliyev