Şəhid atası vəfat etdi

27.11.2024

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Şəhid Şahlar Nəzərovun atası vəfat edib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yaşar Nəzərovun səhhətində son aylarda problemlər yaranıb.

O, bu gün Bakıda müalicə aldığı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, Şahlar Yaşar oğlu Nəzərov 2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən şəhid olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью