Şəhid atası vəfat etdi

28.11.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.

Şəhid Şahlar Nəzərovun atası vəfat edib.

Bakupost.az xəbər verir ki, Yaşar Nəzərovun səhhətində son aylarda problemlər yaranıb.

O, bu gün Bakıda müalicə aldığı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, Şahlar Yaşar oğlu Nəzərov 2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən şəhid olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью