Şəhid atasını aldadaraq pulunu oğurladılar Video

15.04.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İsmayıllının Hacıhətəmli kəndində şəhid atasını aldadaraq pulunu oğurlayıblar.

Axar.az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə İsmayıllının Hacıhətəmli kənd sakini, şəhid atası 85 yaşlı Şamil Məmmədovun başına gəlib.

Şəhid atasının sözlərinə görə, 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər.

Şəxslərdən biri Birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə birinci mərtəbədə pulları oğurlayıb.

Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib.

Ətraflı süjetdə:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью