Şəhid bacı və qardaşının toyu oldu FOTOLAR

10.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Beyləqan rayonun Qəhrəmanlı kəndindən antiterror Şəhidi Bəruz Rüstəmlinin qardaşı, keçmiş hərbçi (Xüsusi Təyinatlı) Mövlan Rüstəmli ilə, Beyləqanın Daşburun kəndindən (əslən Cəbrayıllı), Vətən Müharibəsi Şəhidi Vaqif Vüqar oğlu İsmayılzadənin bacısı Əminə İsmayılova ilə ailə həyatı qurub.

Bu barədə Modern.az-a jurnalist Kamil Həmzəoğlu məlumat verib. Bildirilib ki, noyabrın 15-də cütlüyün nişən mərasimi keçirilib. Bu gün isə qız toyu Beyləqan rayonun Daşburun kəndindəki "Kənan" şadlıq sarayında keçirilib.

Toyda Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, ictimaiyyət nümayəndələri və qohumlar iştirak ediblər. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью