Şəhid bacısı Avropa üçüncüsü olub Fotolar

28.09.2025

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Macarıstanın Debretsen şəhərində keçirilən şinkyokuşinkay üzrə Avropa çempionatında Azərbaycan yığma komandası uğurlu nəticələr əldə edib.
Yeniavaz.com
xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Solmaz Zeynallı (59 kq) və Səlahət Həsənov (80 kq) bürünc medal qazanıblar. Balaəmi Əhmədov (60 kq) isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Avropa çempionatının bürünc medalçısı Solmaz Zeynallı Vətən müharibəsi şəhidi kapitan Tural Zeynalovun bacısıdır. 
Xatırladaq ki, Solmaz Zeynallı Gənclər arasında Dünya Kubokunun sahibi, Avrasiya çempionu, Polşada baş tutan U-22 kateqoriyasında Avropa Çempionatının və Litvada keçirilən Avropa Çempionatının üçüncüsüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью