Şəhid bacısı: Ən azından bilirik ki, qardaşımızın məzarı var

20.02.2026

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qardaşımın evdən sonuncu gedişində 12 yaşım vardı. Yadımdadır ki, o, qaçaraq hamı ilə görüşdü və getdi".

Oxu.Az xəbər verir ki, bunu bu gün dəfn olunan itkin-şəhid Rafiq Hüseynovun bacısı Sona Hüseynova deyib.

"İtkin düşəndən sonra neçə vaxt nə ölüsündən, nə dirisindən xəbər tuta bildik. 34 ildən sonra nəşi tapıldı. Nə demək olar, Vətən sağ olsun. Görün bizim nə qədər şəhidlərimiz var.

Bu gün bizim üçün həm də sevincli gündür. Ən azından bilirik ki, qardaşımız vətənimizdədir, məzarı var, hər zaman gəlib ziyarət edə biləcəyik. Vətən sağ olsun. Biz bütün şəhidlərimizlə qürur duyuruq. Bizim üçün fəxrdir.

Allah qardaşım başda olmaqla cəmi şəhidlərimizə rəhmət eləsin. Prezidentimiz sağ olsun ki, bu sevinci bizə yaşatdı", - deyə S.Hüseynova vurğulayıb.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью