Şəhid baş leytenantın anası VƏFAT ETDİ

20.12.2024

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Vətən müharibəsi şəhidi Elgün Xıdırovun anası Xumar Xıdırova vəfat edib.

Modern.az-ın xəbərinə görə, məlumatın şəhidin yaxınları paylaşıb.

Mərhum Goranboyun Xoylu kəndində, oğlunun yanında dəfn edilib. Onun ölüm səbəbi açıqlanmayıb.

Azərbaycan ordusunun baş leytenantı 1989-cu il təvəllüdlü Elgün Xıdırov Vətən müharibəsinin ilk günlərində Füzuli istiqamətində şəhid olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью