Şəhid Camal İsmayılovun xanımı da tələbə oldu

25.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən müharibəsi şəhidi Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb.

Bu barədə “Qafqazinfo”ya şəhid xanımı özü məlumat verib.

Fatimə İsmayılova Odlar Yurdu Universitetində “Turizm işinin təşkili” ixtisasına qəbul olunub.

Qeyd edək ki, Camal İsmayılov 2020-ci il oktyabrın 21-i Laçın dəhlizinə nəzarəti ələ almaq üçün gedən döyüşlərdə şəhid olub. Onun 3 övladı yadigar qalıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью