Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq. 1992-ci ildə Oğuz rayonunun Mixas kəndində anadan olur...
2011-ci ildə hərbi xidmətə çağırılır, Daxili Qoşunların "N" saylı hərbi hissəsində xidmət edir...
Hərbi xidməti başa vurduqdan sonra gizir kursuna yazılır, kursu müvəffəqiyyətlə keçir...
XTQ slralarına qəbul olunaraq qrup komandiriniin müavini, qrup komandiri vəzifələrinə, "leytenant" hərbi rütbəsinə qədər yüksəkir...
XTQ mınsubu olaraq ölkə daxilində və ölkə xaricində bir sıra təlim və kurslara qatılır...
2015-ci ildə Türkiyədə "Görüntülü hədəf qiymətləndirmə"; 2017-ci ilin aprel-iyul aylarında "Hərbi sərbəst paraşüt" ; 2018-ci ildə "Statik təməl paraşüt" və "Statik paraşütçü buraxıcı və yer ekip komutanlığı" ; 2019-cu ildə "Qış-2019" kurs və təlimlərində iştirak edir...
Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan, Füzuli, Zəngilan və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi igidlik və mərdlik göstərən, şəhid dostunun intiqamını alacağına söz verib, düşmənlə əlbəyaxa döyüşə girərək, 22 erməninin başını süngü, bıçaqla kəsən, Vətən Mühatibəsi Qəhrəmanı Anar Əliyevlə birgə kiçik bir dəstə ilə bir neçə kəndin alınmasında xüsusi rolu olan, dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş bölgəsindən təxliyə edən, Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik mərtəbəsinə yüksələn Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, kəşfiyyatçı Zahir Feyzullayev!
Şəhidimiz vətən qarşısında xidmətlərinə görə "Azərbaycan ordusunun 100 illiyi", "Hərbi xidmətdə fərqlənməyə gprə" lll dərəcəli medalı, "Hərbi xidmətə görə", "Vətənə xidmətə görə", "Vətən uğrunda" medalları, habelə, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.