Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Şəhid Elçin Kərimbəylinin əziz xatirəsini yad etmək, onun göstərdiyi qəhrəmanlığı gənc nəslə tanıtmaq və vətənpərvərlik ruhunu aşılamaq məqsədilə İltifat Haciyev adına Tərəqqi texniki humanitar liseyidə tədbir təşkil olunub.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird kollektivi, şəhidin yaxınları, və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Elçin Kərimbəyli 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, məktəb illərində vətənpərvərliyi və nümunəvi davranışı ilə seçilib. 20 aprel 2011-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onun xatirəsi daim ehtiramla yad edilir. pizza hut