Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovun meyitinin qalıqları Quba rayonuna gətirilib.
Məlumata görə, şəhidin nəşi Quba şəhərində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib.
O, Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunub(Report)
Qeyd edək ki, Elşən İsaməddin oğlu Ərzumanov 1974-cü il martın 23-də Qubada anadan olub. O, 1993-cü il aprelin 5-də Kəlbəcər rayonu Murovdağ istiqamətində itkin düşüb.
.
Allah rəhmət eləsin!