Icma.az, Lent az portalına istinadən məlumat verir.
Bu gün Vətən Müharibəsi şəhidi leytenant Erkin Ədalət oğlu Hüseynovun doğulduğu gündür.
Lent.az Erkin Hüseynov haqqında məlumatları təqdim edir.
Erkin Hüseynov 12 oktyabr 1998-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhəri 17 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə daxil olub, 2020-ci ildə universiteti bitirib.
2021-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə başa vuraraq leytenant hərbi rütbəsi alıb. 2022-ci il mayın 11-dən iyulun 15-dək Komando Dağ Təlim Mərkəzində keçirilən Komando başlanğıc kursunu bitirərək müvafiq döş nişanı ilə təltif olunub.
Erkin Hüseynov 12 sentyabr 2022-ci ildə Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” medalı, “Şücaətə görə” medalı və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Uşaqlıqdan sevirdi hərbini. Elə seçimidə istədiyi kimi oldu. Çox sevirdi Vətənin bayrağın millətin…
Ailənin tək övladı olub.