Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qalıqları Xocavənd rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fuad Cəfər oğlu Ələsgərovun meyitinin qalıqları Tovuz rayonuna gətirilib.
Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi rayonun Ağbaşlar kəndində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.
F.Ələsgərov Ağbaşlı kənd qəbiristanlığında dəfn olunacaq.