Şəhid Hidayət Vəliyev 33 il sonra dəfn edildi FOTO

20.02.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Şəhid Hidayət Vəliyev torpağa tapşırılıb.

Ölkə.az-ın Trend-ə istinadən xəbərinə görə, nəşinin qalıqları 33 il sonra müəyyən edilən Vəliyev Hidayət İsa oğlu doğulduğu Zümürxan kəndində vida mərasimi keçirildikdən sonra Zümürxan kənd qəbristanlığında dəfn edilib.

Dəfn mərasimində rayon sakinləri dövlət rəsmləri şəhidin yaxınları iştirak ediblər.

Qeyd edək ki, şəhid Hidayət Vəliyev 1971-ci ildə Bərdə rayonunun Zümürxan kəndində anadan olub. O, 12.02.1994 tarixində Kəlbəcər rayonunda Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью