Şəhid İlqar Burcəliyevə həsr edilmiş kitab işıq üzü gördü

28.01.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Qayıtmayan igidim, Zəfərimin İlqarı” adlı yeni kitabı nəşr edilib.

Kulis xəbər verir ki, kitab 44 günlük Vətən müharibəsi zamanı 27 sentyabr 2020-ci il tarixində Talış kəndi, Talış yüksəkliyi və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan İlqar Vüqar oğlu Burcəliyevin əziz xatirəsinə həsr olunub.

Kitabda həmçinin onunla bağlı döyüş yoldaşlarının, dostlarının və ailə üzvlərinin xatirələri toplanılıb. Həmçinin şəhid İlqar Burcəliyevin qısa döyüş yolu geniş şəkildə işıqlandırılıb. Eləcə də yeni nəşrdə Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxışlar etməklə ölkəmizə qarşı hərbi təcavüzündən geniş şəkildə bəhs edilib.

Xatırladaq ki, xronoloji ardıcıllıqla ensiklopedik məlumat xarakterli kitab “Star çap evi” mətbəəsində nəfis tərtibatda Kəpəz Peşəkar Futbol Klubunun maliyyə dəstəyi ilə nəşr edilib.

Yeni nəşr olunan kitabın redaktorları isə Sailə Məhərrəmqızı, Vaqif Əmiraslan və Fuad Cavadzadədir.
Yeni nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məşhur amerikalı heykəltaraş-rəssamın Bakıda sərgisi açıldı Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam kim idi? Corc Klunidən Donald Trampa istehzalı cavab
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью