Şəhid İsa Hüseynova həsr edilmiş tədbir keçirilib FOTOLAR

27.11.2024

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyul  ayının 5-i Saatlı Mədəniyyət Mərkəzində vətənin qəhrəman, igid oğlu İsa Sahib oğlu Hüseynova həsr edilmiş tədbir keçirilib.

Tədbirdə “20 Yanvar” İB-nin sədri, eyni zamanda “20 yanvar iştirakçıları tanı və tanıt” layihəsinin rəhbəri Sultan Əzimzadə, Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, şəhidin anası Vüsalə Hüseynova,  polkovnik, müharibə veteranı, 20 Yanvar İB sədr müavini Xətai Baxışov, polkovnik, müharibə veteranı, 20 Yanvar İB sədr müavini Hikmət Ağayev, şagirdlər, gənclər, yerli əhali iştirak edib. Tədbirdə çıxış edənlər şəhid İsa ilə bağlı xatirələrini bölüşüblər, onun necə vətənpərvər bir gənc olduğunu xüsusilə vurğulayıblar. Tədbir zamanı layihə çərçivəsində hazırlanıb çap olunmuş kitabçalar paylanılıb. 

Daha sonra şəhidin məzarı ziyarət olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью