Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq. 2 il əvvəl Rusiya ordusunun tərkibində Ukraynaya qarşı vuruşaraq vəfat etdiyi deyilən azər
Ölkə.Az xəbər verir ki, buna səbəb onun məzarı başında çəkilən görüntülər olub.
Belə ki, 2024-cü ilin 28 avqustunda Ukraynanın Donetsk vilayətində dron hücumu nəticəsində vəfat edən O.Əhmədovun məzarının üzərində “şəhid” sözü qeyd edilib.
Ailəsi O.Əhmədovun məzarını bayraqlarla bəzəyib və onu təmtəraqla yad edib.
“GünazTV”nin redaktoru Orxan Atabəy isə hesab edir ki, O.Əhmədovun məzarı üzərində “şəhid” sözünün qeyd edilməsi düzgün deyil: “Allah rəhmət eləsin, günahlarını bağışlasın, amma bu adam şəhid deyil.
Rusiya adına vuruşan şəhid ola bilməz. Bu, təkcə mənəvi baxımdan yox, Allah qarşısında, Konstitusiyamız qarşısında və tarix qarşısında ağır
O sağ qayıtsaydı, Azərbaycanda məhkəmə qarşısına çıxıb həbs ediləcəkdi.
İşğalçılara qarşı canını verən şəhidlərimizin yanında, işğalçı tərəfdə döyüşmüş birini eyni adla torpağa tapşırmaq onların ruhuna açıq-aşkar hörmətsizlikdir”,- deyə o söyləyib.