Şəhid mayor Emin Süleymanova həsr olunmuş kitabın təqdimatı olub

14.11.2025

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İmişlidə şəhid mayor Emin Süleymanova həsr olunmuş kitabın təqdimatı olub

Noyabrın 13-də İmişli rayonunda Vətən Müharibəsi şəhidi, mayor Emin Süleymanovun İmişli Rayon Heydər Əliyev Mərkəzində anım günü qeyd olunub. Anım mərasimi çərçivəsində Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin şəhidin xatirəsinə həsr etdiyi “Qutsal yolçu” kitabı da təqdim olunub.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidimizin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş guşə ilə tanış olublar. Burada şəhidin portretləri, hərbi geyimi, şəxsi əşyaları və döyüş yolunu əks etdirən materiallar nümayiş etdirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca şəhid mayor Emin Süleymanovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxışlar dinlənilib, çıxış edənlər şəhidin vətən qarşısında göstərdiyi igidlik, fədakarlıq və şücaətdən bəhs edərək, onun xatirəsinin daim ehtiramla anıldığını vurğulayıblar.

Daha sonra yazıçı-publisist Şahanə Müşfiqin şəhidin həyat və döyüş yoluna həsr etdiyi “Qutsal yolçu” kitabı təqdim olunub.
Qeyd edilib ki, kitab şəhidimizin ömür yolunu, döyüşlərdə göstərdiyi igidliyi və vətənə sədaqətini özündə əks etdirir.

"Muğanın tacı", ağ qızılın qara biləkli Fatması... - Nadir Yalçın Dövlət Mahnı Teatrından “Qarabağ çalarları” Şəmistan Əlizamanlı: "Müharibə başa çatdı, mənim mahnı yaradıcılığım da tamamlandı" - Müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью