Şəhid oğluyla son dəfə görüşdüyü yerdə... FOTO

22.06.2026

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsi şəhidi Orxan Kərimlinin atası Akif Kərimovun təsirli paylaşımı sosial şəbəkələrdə diqqəti cəlb edib.

Metbuat.az-ın bölgə müxbirinin veridiyi məlumata görə, şəhid atası özünün şəxsi "Facebook" səhifəsində döyüşlər başlamamışdan öncə oğlu ilə son dəfə görüşdüyü yeri ziyarət edərək paylaşım edib:

"Şahid ağac, şahid divar, şahid yer. Bura şəhid Orxanla son dəfə görüşdüyümüz yerdir. 30 avqust 2020-ci ildə təlimə gəlmişdilər buraya. Hər şey yerindədir, bircə Orxanımdan başqa. İkinci dəfədir bu yeri son görüş yeri kimi ziyarət edirəm. Anası ilə bərabər şəhid oğlumuzun olduğu yerlər özü çəkir bizi".

Xatırladaq ki, şəhid Kərimli Orxan Akif oğlu 06.10.2001-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olub. 09.10.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılan K.Orxan 10 oktyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub.

O, ölümündən sonra Azərbaycan Respublikası Prezdenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Davud Tarverdiyev / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью