Şəhid ömrü FOTO

19.10.2026

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanımızın hərb tarixində qəhrəmanlıq salnaməsi olan İkinci Qarabağ müharibəsi başlananda Elşad Elman oğlu Zeynallı ömrünün 24-cü ilini yaşayırdı. Bu müddətdə Elşad doğulub boya-başa çatdı Lənkəran rayonunun Sütəmurdov kəndində gördüyü yaxşı işləri, xeyirxah əməlləri hesabına böyük hörmət qazanmışdı. Necə deyərlər, ömrünü-gününü insanlara verə-verə kamillik zirvəsinə doğru yön almışdı. Gənc oğlun həyatı qurub-yartamaqla xoş keçsə də, qəlbi erməni dığaların işğal etdiyi Qarabağ torpaqların azad edilməsi istəyi ilə alışıb-yanırdı. Buna görə Vətən müharibəsinin başlaması xəbəri Elşadın ürəyincə olur. Həm də başa düşür ki, artıq xalqın əzəli-əbədi torpaqlarının qarı düşmən tapdağından xilas etmək məqamı gəlib. Könüllü orduya yazılır və Vətəni öz qanı bahasına yaşadan minlərlə qeyrətli oğullardan biri də Elşad olur.
Elşad Zeynallı əlinə silah götürüb torpaq uğrunda düşmənlə haqq savaşımıza başlayır. Qeyrətli Vətən övladları ilə qanlı-qadalı yollar keçdikcə, kəndlər bir-birinin ardınca erməni dığalardan təmizlənir. Hər qələbədən sonra igid döyüşçü Elşadın qəlbində düşmənə olan nifrəti daha da alovlanr. Odun-alovu içinə atılanda onunla çiyin- çiyin vuruşanlara da bildirir: “ Torpaq onun yolunda şəhid olmağı bacaran oğulların çiyinlərində Vətən olur.”
2020-ci il oktyabrn 1-də Füzulinin azadlığı uğrunda ağır müharibə başlanır. Həmişə olduğu kimi, yenə Elşad döyüşün önündə gedir, vurduğu sarsıdıcı zərbələrlə düşmənə qan uddurur. Belə ki, yağının çoxsaylı canlı qüvvəsi, texnikası məhv edilir. Döyüşə-döyüşə Vətən sevdalısı Elşad özü də şərəfli şəhidlik zirvəsinə yüksəlir. Millətinə başucalığı gətirən igid əbədi ürəklərdə özünə yer etməklə bərabər, həm də düşmənə qarşı qanlı müharibədə göstərdiyi qəhrəmanlığana görə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülür.
Bəli, bugünkü xoşbəxt günlərimiz üçün həyatları Vətənə nəsib olan Elşad kimi qəhrəmanlar heç zaman yaddaşlardan silinməyəcək, zaman keçdikcə xoş xatirələrdə yaşayarlar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью