Şəhid övladı: Adı kimi mübariz olan atam 33 il sonra torpağa tapşırıldı

28.10.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Nəhayət ki, adı kimi mübariz olan atam 33 il sonra torpağa tapşırıldı".

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Mübariz Şahmurovun oğlu Elşad Şahmurov deyib.

O bildirib ki, atasının torpağa tapşırılması bütün itkin düşmüş şəhid ailələri üçün bir ümiddir:

"Atamın qalıqlarının tapılmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Hisslərimiz qarışıqdır. Eyni anda həm qürur, həm kədər, həm sevinc hissi yaşayırıq. O, Xocalı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Atamın adını biz daim uca tutmuşuq, bundan sonra da tutacağıq".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью