Şəhid övladı xaricdə təhsil alacaq

25.08.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın övladı Mərdan Məmmədli xaricdə təhsil almaq şansı qazanıb.

Axar.az xəbər verir ki, bu barədə Lent.az-a Mərdan Məmmədlinin özü danışıb.

O bildirib ki, Latviya və Kipr universitetlərindən qəbul alıb:

"Duolingo (Duolingo English Test (DET)) üzrə 100-dən yüksək nəticə göstərmişdim. Latviyadakı TSI (Transport and Telecommunication Institute) və Kiprin "University Of Lefke" universitetlərinə qəbul almışam. Məqsədim Kiprə gedib oradan Latviyaya köçürülmə etməkdir. Qəbul aldığım ixtisas "biznes menecment"dir. Tələbə adını qazandığım üçün çox xoşbəxtəm. Mənim təhsilimdə dövlətimizin, "Oxford" rəhbərliyinin və müəllimlərimin rolu çox böyük olub. Bu baxımdan, onların hər birinə təşəkkür edirəm".

Qeyd edək ki, Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr 2020-ci ildə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью