Şəhid övladları infoturda

16.07.2025

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabah Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları olan abituriyentlər üçün infotur keçiriləcək.

BDU-dan mətbuata bildirilib ki, infotur çərçivəsində abituriyentlərə universitetin fakültə və ixtisasları, təhsil imkanları, tələbə həyatı, eləcə də sosial və akademik dəstək mexanizmləri barədə ətraflı məlumat veriləcək, BDU kampusu ilə tanışlıq imkanı yaradılacaq.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью