Şəhid övladları Özcan Dənizin konsertində FOTOLAR

03.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“YAŞAT” Fondunun təşkilatçılığı və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin dəvəti ilə Çanaqqala şəhərində şəhid övladları üçün “Bir dastan, bir nəsil” mövzusunda layihə keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, 1–7 sentyabr tarixini əhatə edən layihədə 17–18 yaşlı 26 şəhid övladı iştirak edir. Əsas məqsəd psixoloji dayanıqlığın və şəxsi inkişafın dəstəklənməsi, asudə vaxtın səmərəli təşkili, həmçinin yeni dostluq və ünsiyyət imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində iştirakçılar Türkiyənin tarixi və mədəni irsi ilə tanış olmaq məqsədilə müxtəlif məkanları ziyarət edirlər.

İlk gün iştirakçılar İstanbulda Qız qalasını ziyarət edib, “Valide Sultan” gəmisi ilə İstanbul boğazında gəzintidə iştirak ediblər. Sonra Sultan Əhməd məscidi və Ayasofya məbədi ziyarət olunub.

Növbəti gün iştirakçılar Çanaqqalanın tarixi və mədəni məkanları ilə tanış olublar. Proqram çərçivəsində Troya atı, Troya Milli Parkı, Troya muzeyi, Çanaqqala saat qülləsi, Aynalı bazar, Çanaqqala Dəniz Muzeyi və Çimənlik qalası ziyarət edilib. Şəhidimizin yadigarı Jalə Veyislinin doğum günü də qeyd olunub. Həmçinin iştirakçılar Türkiyənin tanınmış müğənnisi Özcan Dənizin konsertini də izləyiblər.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью