Şəhid Pəncəli Teymurovun ailəsində sevincli an yaşandı

11.11.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astara rayonunda şəhid Pəncəli Teymurovun ailəsində sevincli hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, şəhidin qardaşı Famil Teymurovun 9 Noyabr - Dövlət Bayrağı Günündə oğlu dünyaya gəlib.
Körpəyə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun şərəfinə Həzi adı verilib. Şəhidin anası Vahimə Teymurova bu ad seçiminin onun çoxdankı arzusu olduğunu bildirib. Onun dediyinə görə, Həzi də şəhid əmisi Pəncəli və qəhrəman Həzi kimi böyük igidlik və qəhrəmanlıq göstərən bir insan olaraq böyüsün.
Qeyd edək ki, Famil Teymurov iki qız və iki oğlan olmaqla dörd övlad sahibidir.
Sabutay, Bizim.Media, Cənub bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью