Şəhid pilot daha əvvəl təyyarə qəzasında sağ qalıbmış... Fotolar

14.11.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb, pilot həlak olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Xorvatiyada qəzaya uğrayan Meşəçilik Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsinin pilotunun Həsən Bahar olduğu açıqlanıb.

Şəhid pilot Həsən Baharın avqust ayında Muğlanın Yatağan rayonunda baş verən təyyarə qəzasından xəsarətlərlə sağ çıxdığı məlum olub.

O vaxt xəsarətlərlə sağ qalan Həsən Bahar təcili yardım maşını ilə Muğla Təlim və Araşdırma Xəstəxanasına aparılıb.

Muğla valisi İdris Akbıyık xəstəxanada yaralı pilotu ziyarət edib.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью