Şəhid Qalib Məmmədovun anası vəfat edib

15.10.2026

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Qalib Qulu oğlunun anası Məmmədov Xanımzər Muxtar qızı vəfat edib. Bununla əlaqədar Vurğun qəsəbəsində keçirilən yas mərasimdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşkilatın əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru, şöbə müdirinin müavini – sektor müdiri Ariz Qədiməliyev, sektorun əməkdaşı Vüqar Həsənov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərhumənin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, Xanımzər Məmmədovanın əziz xatirəsi ehtiramla yad edilib.

Allah rəhmət eləsin!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью