Şəhid qızı Avropa çempionu oldu FOTO

11.11.2024

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Azərbaycanın kiçik yaşlı yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatını 5 medalla başa vurublar.

Azərbaycan Taekvondo Federasiyasından Hurriyyet.Az-a verilən məlumata görə, yarışda Dərya Hüseynova (24 kiloqram) və Esmanur Azayeva (36 kiloqram) qızıl, Şahin Abdullayev (48 kiloqram) və Aliyə Məmmədli (+57 kiloqram) gümüş, Yusif Zeynallı (52 kiloqram) isə bürünc medal qazanıblar.

Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan D.Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseynovun qızıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью