Şəhid Rafiq Cəfərov bu gün torpağa tapşırılacaq

15.05.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Cəfərov Rafiq Şirvan oğlu ilə Füzuli rayonunun Qayıdış qəsəbəsində vida mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında, şəhidlər cərgəsində dəfn olunacaq.
Qeyd edək ki, Rafiq Şirvan oğlu Cəfərov Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin iyul ayında itkin düşmüşdü. Aparılan ekspertiza nəticəsində onun şəxsiyyəti müəyyən edilib.
Bizim.Media, Qarabağ bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью