Şəhid Rəcai limanında partlayış nəticəsində dəyən zərər qiymətləndirilib

05.05.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranda aprelin 26-da Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində dəyən zərər təxminən 3-5 milyard dollar təşkil edib.

525.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə İranın Telekommunikasiya və İnformasiya Texnologiyaları nazirinin müavini Məhəmməd-Möhsən Sədr bildirib.

O qeyd edib ki, zərərin miqyasına baxmayaraq, ölkə müasir texnologiyaların köməyi ilə hadisənin nəticələrinin öhdəsindən gəlməyi planlaşdırır.

Şəhid Rəcai limanında partlayış kimyəvi maddələr anbarında baş verib. Partlayış güclü yanğına səbəb olub, nəticədə təxminən 70 nəfər həlak olub, daha 1,2 min nəfər xəsarət alıb.

İran hakimiyyəti partlayışlarda şübhəli bilinən iki nəfəri həbs edib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью