Şəhid Rəşad Zeynallının doğum günü qeyd edildi FOTOLAR

21.04.2025

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün 44 günlük Vətən Müharibəsi şəhidi Rəşad Zeynallının doğum günüdür.
Rəşad Zeynallı müharibənin ilk günlərindən ön cəbhədə döyüşən qəhrəmanlarımızdan idi.
O, 8 oktyabrda qızğın döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Bu gün onun doğum gününə ailəsi, şəhid ailləri, təhsil aldığı orta məktəbin kollektvi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir şəhidin dəfn edildiyi ikinci Fəxri Xiyabanda keçrilib. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək onların ruhularına dualar oxunub, daha sonra şəhidimizin məzarı üstünə gül dəstələri düzülərək onun qəhrəmanlığından söhbət açılıb. Sonda tədbir xiyabanda ailənin təşkil etdiyi ehsan süfrəsi ilə davam etdirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью