Şəhid Sahil İbrahimovun qardaşı: 32 ildir ki, yolunu gözləyirdik

03.06.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"32 ildir ki, həsrətlə qardaşımın yolunu gözləyirdik".

Oxu.Az xəbər verir ki, bunu bu gün dəfn olunan Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Sahil İbrahimovun qardaşı Cəmil İbrahimov jurnalistlərə açıqlamasında deyib.

"Bu gün nəhayət ki, həsrətimiz bitdi. Biz qardaşımızın nəşini son mənzilə yola sala bildik. Bu gün bizim üçün bir şükran günüdür.

Bu kədərli və həsrətli günlərimizdə yanımızda olan hər kəsə təşəkkürümü bildirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin",- deyə C.İbrahimov bildirib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью