Şəhid Şahin Ağayevin məzarı ziyarət olundu FOTO

13.12.2024

Icma.az bildirir, Manset portalına istinadən.

44 günlük Vətən müharibəsi zamanı şəhid olan Ağayev Şahin Azər oğlunun doğum günü münasibəti ilə məzarı ziyarət olunub.

Manset.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunulub.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ağayev Şahin Azər oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью