Şəhid Tərlan Məmmədov doğma yurdunda dəfn olunur

07.02.2025

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Birinci Qarabağ müharibəsinin itkin şəhidlərindən Tərlan Fikrət oğlu Məmmədovun nəşinin qalıqları dəfn olunması üçün Yevlax rayonunun Aran qəsəbəsinə gətirilib.
Yeniavaz.com
xəbər verir ki, şəhidin nəşinin qalıqları burada onun ailəsinə təhvil verilib.
Qeyd edək ki, o, İmişli rayonunun Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.
Tərlan Məmmədov 1975-ci ildə Yevlax şəhərində anadan olub. O, 1994-cü ilin yanvarında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью