Icma.az, Kulis.az portalına istinadən məlumat yayır. Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir. Dünən bir video çıxdı rastıma.
Bərbərxanadı. Bərbər yeniyetmə bir müştərinin saçını düzəldir. Növbədə də iki nəfər gözləyir. Bir yaşlı qadın girir içəri.
Deyir ki, oğlum saçını kəsdirmək istəyir. Bərbər deyir, növbədə adam var. Qadın deyir ki, oğlum qazidi, çox gözləyə bilmir.
Bərbər tez yeniyetməni yerindən qaldırır, qaçıb bayırdan qoltuqağacı ilə gələn qazinin qoluna girir, gətirib otuzdurur, digər oğlan da ona kömək edir… Şərhlərə də baxdım.
Hamı bərbəri tərifləyirdi bu hərəkətinə görə. “Halal olsun”, “Qazilər baş tacımızdı”, “Qazilərə qulluq borcumuzdu” və s. və i.a.
Əlbəttə, şərh yazanlar haqlıdı. Amma qaziləri hələ də reklam materialı kimi işlətmək nə dərəcədə düzgündü?
Müharibə dörd ildi qurtarıb, amma adamlar hələ də “qazi çörəyi” yeməyə çalışırlar.
Qazilər özləri bir tərəfdən, qazilərin üstündən reklam tutmağa çalışanlar da o biri tərəfdən.