Şəhid xanımı 4 cü mərtəbədən yıxılaraq dünyasını dəyişdi

16.09.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yevlax sakini binanın 4 cü mərtəbəsindən yıxılaraq ölüb.

AZXEBER.COM "Qafqazino"ya istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

Qadın ağır vəziyyətdə Yevlax şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, vəfat edən qadın birinci Qarabağ müharibəsi şəhidi Yunis Mamedovun həyat yoldaşıdır.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью