Şəhid Yadigarları onları necə xatırlayır? Qəhrəmanlarımızdan geridə qalanlar... | Icma.az
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Azərbaycan igid oğullarının şücaəti naminə bu gün dördüncü Zəfərini qeyd edir.
Bizə Zəfəri yaşadanlar və onların ailələrinə ömür boyu minnətdarıq!
AzEdu.az Təhsil Portalı “Şəhid yadigarı” rubrikasında müharibədə cəsarətlə iştirak edib, şəhid olan qəhrəmanların ailə üzvlərindən müsahibələr alır.
Həmin müsahibələrdə təhsil sferasında iştirak edən şəhid bacıları, övladları, yoldaşları yer alır.
Onlar şəhidlərlə bağlı xatirələrini bizimlə bölüşüblər. Müsahibələrdən ən təsirli məqamları təqdim edirik...
Azərbaycan Silahlı Qüvvələrinin keçmiş çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi Əlizahmint İsgəndərovun qızı Həqiqət İsgəndərli atasını belə yad edir: “Sonuncu dəfə atamla bacımın ad gününü birlikdə qeyd etdik.
Mənim ad günüm isə dərs vaxtına düşdüyü üçün ailəmlə keçirə bilmədim”.
Atam söz verdi ki, müharibə bitsin gələcəm, sənin ad gününü birlikdə qeyd edəcəyik. Amma təəssüf ki, o günü görmək ona qismət olmadı”.
Tam oxu
Xəbəri oxu