Şəhidimizin anası vəfat etdi

08.06.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Vətən müharibəsi şəhidi Rafael İbrahimovun anası Maftuxa Bikbayeva vəfat edib. 

BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. 

Bildirilib ki, M.Bikbayeva ötən gün dünyasını dəyişib. 

Allah rəhmət eləsin! 

Qeyd edək ki, Rafael Emin oğlu İbrahimov 21 oktyabr 2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək şəhid olub. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью