Şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı

07.02.2025

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

07.02.2025-ci il tarixdə YAP Gədəbəy rayon Təşkilatının əməkdaşları, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev, eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz- rayonun Qarıkənd kənd sakini Həsənov Etibar Ələddin oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə gül dəstələri düzüldü və ruhuna dualar oxundu.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью