Şəhidin məzarı ziyarət edilib FOTO

13.11.2026

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən rayonunun Sərçuvar kəndində Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Səməndər Vahid oğlu İsgəndərovun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, sektorun böyük məsləhətçisi Sinan Abbaslı, məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.
İştirakçılar şəhid Səməndər İsgəndərovun məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.
Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğunu vurğulan çıxışçılar onu da bildiriblər ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью