Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Əli Tədbir oğlu Quliyevin böyük oğlu Mürsəl Quliyev dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, M. Quliyev ağır xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, Əli Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub. 18 il Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Vətən müharibəsi zamanı – 2020-ci il oktyabrın 27-nə keçən Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Çoxsağylı medal və ordenlərlə təltif edilib.